• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məlumat təhlükəsizliyi və kiber savadlılıq" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məlumat təhlükəsizliyi və kiber savadlılıq" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 5-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən məlumat təhlükəsizliyi prinsipləri, kibertəhlükələr və onların qarşısının alınması, şifrələmə metodları, kiberhücumların yaygın formaları, şəxsi və korporativ məlumatların qorunması və təhlükəsiz internet istifadə qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə fişinq və sosial mühəndislik hücumlarının tanınması, təhlükəsiz şifrə idarəetməsi, iki mərhələli identifikasiya, bulud sistemlərində təhlükəsizlik, təşkilat daxilində kiber maarifləndirmə və real kiber insident nümunələri əsasında praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...