Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mənfəət və zərər hesabatı" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mənfəət və zərər hesabatı" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 28-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən mənfəət və zərər hesabatının mahiyyəti, əsas bölmələri, gəlir və xərc kateqoriyalarının müəyyənləşdirilməsi, maliyyə nəticələrinin təhlili və qərarvermədə bu hesabatın rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə maliyyə hesabatlarının hazırlanması qaydaları, əməliyyat gəlirləri və xərclərinin uçotu, rentabellik göstəricilərinin hesablanması, eləcə də biznesin maliyyə dayanıqlığının qiymətləndirilməsi üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...