Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştərək biznes" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştərək biznes" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 3-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən müştərək biznes (joint venture) modelinin mahiyyəti, tərəfdaşlıq strukturunun qurulması, məsuliyyət və səlahiyyət bölgüsü, risklərin bölüşdürülməsi və maliyyə öhdəliklərinin idarə edilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə ortaq biznes fəaliyyətinin hüquqi çərçivəsi, tərəfdaş seçimi meyarları, tərəfdaşlıq müqavilələrinin tərtibi, qarşılıqlı etibarın formalaşdırılması, uzunmüddətli əməkdaşlıq strategiyaları və uğurlu müştərək biznes nümunələri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...