Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri ehtiyaclarını anlama və düzgün satış yanaşması" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri ehtiyaclarını anlama və düzgün satış yanaşması" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 6-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən barədə müştərinin ehtiyaclarının düzgün müəyyən edilməsi, satış prosesində empatiya və etimad qurma bacarıqları, hədəf auditoriyaya uyğun strategiyaların tətbiqi ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə real satış nümunələri üzərində müştəri ehtiyaclarının qiymətləndirilməsi, fərdi yanaşmaların tətbiqi və satışın effektiv şəkildə yekunlaşdırılması strategiyaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...