Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri psixologiyası və effektiv satış" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri psixologiyası və effektiv satış" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 3-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən müştəri psixologiyasının mahiyyəti, alıcılıq davranışına təsir edən psixoloji amillər, müştəri motivasiyasının analizi, emosional və rasionallığın satışda rolu, inandırıcı kommunikasiya və təqdimat texnikaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə müştəri ehtiyaclarının düzgün müəyyən edilməsi, etirazların psixoloji əsaslarının anlaşılması, satış dialoqunun qurulması, müştəri ilə etibar münasibətinin yaradılması və effektiv satış strategiyalarının real nümunələr əsasında tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...