Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri rəylərinin satışa təsiri və idarəedilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri rəylərinin satışa təsiri və idarəedilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 15-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən müştəri rəylərinin biznes qərarlarına təsiri, rəy və geribildirim toplama metodları, müştəri təcrübəsinin satış nəticələrinə yönləndirilməsi və müasir reputasiya idarəetmə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə rəqəmsal platformalarda rəy idarəetməsi, mənfi rəylərlə düzgün kommunikasiya, müştəri məmnuniyyətinin ölçülməsi, loyallığın formalaşdırılması və satışın artırılmasında sosial sübutun rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...