Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvan Muxtar Respublikasında ucqar yerlərdə əhali məskunlaşmasına müsbət təsir edən turizm növlərindən istifadə yolları" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvan Muxtar Respublikasında ucqar yerlərdə əhali məskunlaşmasına müsbət təsir edən turizm növlərindən istifadə yolları" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 10-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən turizmin regional inkişafda rolu, ucqar yaşayış məntəqələrində iqtisadi fəallığın artırılması, kənd və ekoturizmin potensial imkanları, yerli resurslardan səmərəli istifadə və dayanıqlı turizm modelləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə turizm vasitəsilə məşğulluğun təşviqi, əhalinin bölgələrdə məskunlaşmasının stimullaşdırılması, infrastrukturun inkişafı, yerli məhsul və xidmətlərin turizmə inteqrasiyası, eləcə də ekoloji və mədəni turizmin üstünlükləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...