Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanda maliyyə risklərinin idarə olunmasında sığorta mexanizmləri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanda maliyyə risklərinin idarə olunmasında sığorta mexanizmləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 18-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən maliyyə risklərinin növləri, risklərin təsnifatı, sığortanın risklərin azaldılmasında rolu, sığorta məhsullarının seçilməsi, yerli bazarda tətbiq olunan sığorta mexanizmləri və sığortalanmanın biznes dayanıqlığına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə aktivlərin qorunması, risklərin transferi, sığorta müqavilələrinin şərtləri, sığorta hadisələrinin idarə olunması, regionda mövcud sığorta imkanları və maliyyə sabitliyinin gücləndirilməsi üçün tətbiq olunan praktiki alətlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...