Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanda rəqəmsal satışın inkişafı" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanda rəqəmsal satışın inkişafı" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 4-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən rəqəmsal satışın mahiyyəti, onlayn satış kanallarının seçilməsi, sosial media və rəqəmsal platformalarda satış strategiyalarının qurulması, elektron ticarətin region biznesinə təsiri və rəqəmsal alətlərin tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə müştəri davranışlarının rəqəmsal təhlili, reklam və hədəfləmə alətlərinin istifadəsi, satış səmərəliliyinin artırılması, rəqəmsal müştəri təcrübəsinin yaxşılaşdırılması və real rəqəmsal satış nümunələri əsasında praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...