Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanda sosial innovasiyalar və startap ekosistemi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanda sosial innovasiyalar və startap ekosistemi" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 7-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən sosial innovasiyaların mahiyyəti, yerli icmalarda sosial sahibkarlığın təşviqi, startap ekosisteminin qurulması və inkişaf etdirilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə real nümunələr üzərində startapların yaradılması, sosial innovasiyaların tətbiqi, resursların səmərəli istifadəsi, mentorluq və dəstək proqramlarının əhəmiyyəti ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...