• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanın yaşıl enerji zonası elan edilməsinin sahibkarlar üçün yaratdığı yeni imkanlar" mövzusunda maarifləndirici təlim keçirilib.

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanın yaşıl enerji zonası elan edilməsinin sahibkarlar üçün yaratdığı yeni imkanlar" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 7-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən yaşıl enerji zonasının yaradılmasının məqsədi, bərpa olunan enerji mənbələrinin iqtisadi əhəmiyyəti, ekoloji dayanıqlığın təmin edilməsi, sahibkarlar üçün yeni biznes istiqamətləri və investisiya imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə alternativ enerji layihələrinə dövlət dəstəyi, enerji səmərəliliyinin artırılması, texnoloji innovasiyalar, ekoloji məsuliyyətin biznes fəaliyyətinə inteqrasiyası və yaşıl iqtisadiyyatın regional inkişafda rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...