Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanın yerli məhsullarının xarici bazara çıxarılmasında problemlərin həlli" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Naxçıvanın yerli məhsullarının xarici bazara çıxarılmasında problemlərin həlli" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 6-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən yerli məhsulların ixrac potensialı, beynəlxalq bazara çıxış zamanı qarşıya çıxan çətinliklər, standartlar və sertifikatlaşdırma, logistika və marketinq məsələləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə eal nümunələr üzərində xarici bazara çıxış strategiyalarının hazırlanması, problemlərin aradan qaldırılması yolları, bazar tələblərinə uyğun məhsul adaptasiyası və ixrac prosesinin optimallaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...