• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Neyromarketinq" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Neyromarketinq" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 13-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən neyromarketinqin mahiyyəti, insan beyninin qərarvermə prosesində rolu, istehlakçı davranışının neyroelmi əsasları, emosiyaların alış qərarına təsiri və müasir neyromarketinq yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 12 nəfər iştirakçının olduğu təlimdə vizual və sensor elementlərin təsiri, reklamda neyro üsulların tətbiqi, müştəri diqqətinin yönləndirilməsi, brend imicinin formalaşmasında neyro faktorların rolu və satışlarda neyromarketinq texnologiyalarının istifadəsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...