Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Partizan marketingi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Partizan marketingi" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən partizan marketinqinin mahiyyəti, aşağı büdcə ilə yüksək təsir yaradan kreativ kampaniyalar, qeyri-adi təqdimat üsulları, müştərinin diqqətini cəlb edən psixoloji yanaşmalar və rəqabət mühitində fərqlənmə strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə şəhər mühitində tətbiq olunan kreativ marketinq nümunələri, viral effekt yaradan məzmunun hazırlanması, interaktiv kampaniyaların qurulması, sosial media vasitəsilə partizan üsullarının gücləndirilməsi və real nümunələr əsasında praktiki təhlillər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...