Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "ROI və Rentabellik göstəriciləri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİМ tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "ROI və Rentabellik göstəriciləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 24-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən ROI (Return on Investment) anlayışı, investisiya gəlirliliyinin ölçülməsi, rentabellik göstəricilərinin hesablanması, biznes qərarlarında maliyyə analizinin rolu və investisiya risklərinin qiymətləndirilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə müxtəlif rentabellik əmsallarının tətbiqi, xərc-gəlir analizləri, investisiya layihələrinin müqayisəsi, maliyyə performansının ölçülməsi və real nümunələr əsasında göstəricilərin şərhi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİМ tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...