Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkar riskləri və onun idarə edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkar riskləri və onun idarə edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 24-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən sahibkarlıq fəaliyyətində risklərin mahiyyəti, risklərin növləri, onların biznesə təsiri, idarəetmə metodları və müasir risk menecment yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə maliyyə, bazar və əməliyyat risklərinin qiymətləndirilməsi, risklərin azaldılması strategiyaları, sığorta və hüquqi mexanizmlərin rolu, qeyri-müəyyənlik şəraitində qərarvermə üsulları və davamlı inkişaf üçün risklərin idarə olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...