Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlıqda PR (ictimaiyyətlə əlaqələr)" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlıqda PR (ictimaiyyətlə əlaqələr)" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 26-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən PR-ın mahiyyəti, sahibkarlar üçün ictimaiyyətlə əlaqələrin əhəmiyyəti, reputasiya idarəçiliyi, media ilə əməkdaşlıq və müasir PR strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə brend imicinin formalaşdırılması, ictimaiyyətlə effektiv ünsiyyət üsulları, PR alətlərinin biznes inkişafında rolu, rəqəmsal medianın imkanları və böhran kommunikasiyası ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...