Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış artımına təsir edən amillər və vasitələr" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış artımına təsir edən amillər və vasitələr" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 13-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən satışın artırılmasına təsir edən əsas daxili və xarici amillər, bazar trendlərinin rolu, müştəri davranışlarının təhlili, rəqabət üstünlüyünün formalaşdırılması və effektiv satış strategiyalarının qurulması barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə satış alətləri və texnikaları, çapraz satış (cross-selling) və əlavə satış (up-selling) metodları, satış kanallarının optimallaşdırılması, müştəri loyallığının artırılması və rəqəmsal satış vasitələrinin tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...