Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış bacarıqları (satış adamı necə olmalıdır)" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış bacarıqları (satış adamı necə olmalıdır)" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 22-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən peşəkar satış nümayəndəsinin əsas xüsusiyyətləri, satış prosesində düzgün yanaşma və ünsiyyət, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, inandırıcılıq və təqdimat bacarıqları, eləcə də müasir satış strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə emosional zəkanın satışdakı rolu, etirazlarla işləmə üsulları, müştəri ilə uzunmüddətli əlaqələrin qurulması, satış motivasiyası və uğurlu satışın psixoloji aspektləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...