Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış texnikaları" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış texnikaları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 21-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən satış prosesinin mərhələləri, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, dəyər təklifinin formalaşdırılması, inandırıcı təqdimat bacarıqları və satışın bağlanması üçün effektiv metodlar barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə etirazlarla işləmə texnikaları, psixoloji yaxınlaşma, müştəri ilə etimadın qurulması, çapraz və əlavə satış üsulları, telefon və üzbəüz satış strategiyaları, həmçinin real satış ssenariləri üzərindən praktiki məşğələlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...