Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satışın növləri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satışın növləri" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 27-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən satışın əsas növləri, B2B və B2C modelləri, birbaşa və dolayı satış üsulları, rəqəmsal satış kanalları və müştəri yönümlü yanaşmaların fərqləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə məhsul və xidmət satışında fərdi və korporativ yanaşmalar, onlayn və oflayn satış strategiyaları, emosional satış texnikaları, satış növlərinə görə müştəri əlaqələrinin idarə olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...