Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sənaye 4.0" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sənaye 4.0" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 14-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən Sənaye 4.0 konsepsiyasının mahiyyəti, rəqəmsallaşma, avtomatlaşdırma və inteqrasiya prosesləri, IoT (əşyaların interneti), süni intellekt, böyük verilənlər və istehsal proseslərində smart sistemlərin tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə rəqəmsal transformasiya strategiyaları, müəssisələr üçün Sənaye 4.0 tətbiq mərhələləri, məhsuldarlığın artırılması, xərc optimallaşdırılması, kibertəhlükəsizlik və real sənaye nümunələrinin təhlili ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...