Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətin idarəetmə orqanları – ümumi yığıncaq, direktor, müşahidə şurası" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətin idarəetmə orqanları – ümumi yığıncaq, direktor, müşahidə şurası" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 23-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən şirkətlərin idarəetmə strukturu, ümumi yığıncağın, direktorun və müşahidə şurasının səlahiyyətləri, qərarvermə mexanizmləri, daxili nəzarət sistemi və korporativ idarəetmədə şəffaflığın təmin olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə idarəetmə orqanları arasında funksional bölgü, məsuliyyət və hesabatlılıq prinsipləri, qərarların hüquqi qüvvəsi, icra intizamının təmin edilməsi və müasir korporativ idarəetmə standartları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...