Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin (hüquqi şəxslərin) yenidən təşkili və ləğvi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin (hüquqi şəxslərin) yenidən təşkili və ləğvi" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 21-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən hüquqi şəxslərin yenidən təşkili formaları (birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə), hər bir modelin hüquqi nəticələri, korporativ idarəetməyə təsiri, ləğv prosesinin əsas mərhələləri və kreditorlarla hesablaşma qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə təşkilati dəyişikliklərin qeydiyyatı, mülkiyyət və öhdəliklərin ötürülməsi, ləğvetmə komissiyasının fəaliyyəti, sənədləşmə tələbləri, eləcə də şirkətlərin dayanıqlı şəkildə yenidən təşkili üçün praktiki hüquqi yanaşmalar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...