• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin təsis edilməsi və dövlət qeydiyyatına alınma proseduru" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin təsis edilməsi və dövlət qeydiyyatına alınma proseduru" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 16-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən şirkətlərin yaradılmasının hüquqi əsasları, təsis sənədlərinin hazırlanması, mülkiyyət formalarının seçilməsi, dövlət qeydiyyatının mərhələləri və sahibkarlıq fəaliyyətinə başlama prosedurları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə vergi uçotu və qeydiyyat məsələləri, elektron hökumət portalı üzərindən müraciət qaydaları, nizamnamə və təsis müqaviləsinin tərtibi, eləcə də qeydiyyatdan sonrakı inzibati və maliyyə öhdəlikləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...