Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media marketinqi" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media marketinqi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 15-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən sosial media marketinqinin mahiyyəti, brendlərin rəqəmsal imicinin formalaşdırılması, auditoriya ilə interaktiv ünsiyyət, reklam alətləri və sosial şəbəkələrdə müasir trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə kontent planlaşdırılması, hədəf kütlənin müəyyənləşdirilməsi, platformalar üzrə düzgün strategiyaların seçilməsi, effektiv paylaşım texnikaları və nəticələrin analizi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...