Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial sahibkarlığın Naxçıvanda yerli icmaların inkişafında rolu" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial sahibkarlığın Naxçıvanda yerli icmaların inkişafında rolu" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 4-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən sosial sahibkarlığın əsas prinsipləri, yerli icmaların ehtiyaclarına cavab verən biznes modelləri, icma əsaslı təşəbbüslərin təşkili, davamlı iqtisadi və sosial təsirin yaradılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə yerli icmalarda sosial sahibkarlığın tətbiqi, qadın və gənclərin məşğulluğu, resurslardan səmərəli istifadə, sosial layihələrin idarə olunması və icma inkişafına təsir edən strategiyalar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...