• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Storytelling" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Storytelling" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 24-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən hekayə anlatma sənətinin marketinqdə və brend kommunikasiya proseslərində rolu, emosional əlaqə yaratma üsulları, auditoriya ilə etibarlı münasibət formalaşdırmaq üçün effektiv təqdimat və məzmun strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə brend hekayəsinin qurulması mərhələləri, vizual və mətn əsaslı hekayə formaları, sosial mediada hekayələndirmə üsulları, autentiklik və yaradıcı yanaşmanın müştəri davranışına təsiri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...