• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Süni intellekt və IoT (əşyaların interneti) texnologiyası ilə enerji məsrəflərinin azaldılması" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Süni intellekt və IoT (əşyaların interneti) texnologiyası ilə enerji məsrəflərinin azaldılması" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 1-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən süni intellekt və IoT texnologiyalarının mahiyyəti, enerji səmərəliliyinin artırılması sahəsində tətbiqləri, avtomatlaşdırma və ağıllı idarəetmə sistemləri, resurs optimallaşdırılması və müasir texnoloji trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıların olduğu təlimdə enerji monitorinq sistemləri, real vaxt analitikası, ağıllı sensorların və cihazların istifadəsi, xərclərin azaldılması strategiyaları və müəssisələr üçün rəqəmsal enerji idarəetməsi həlləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...