• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Süni intellekt və marketingin rəqəmsal inkişafı" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Süni intellekt və marketingin rəqəmsal inkişafı" mövzusunda maarifləndirici təlim keçirilib. Dekabrın 2-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən süni intellektin marketinq proseslərində rolu, alqoritmlərin istehlakçı davranışını təhlil etməsi, avtomatlaşdırılmış reklam sistemləri, fərdiləşdirilmiş məzmunun yaradılması və rəqəmsal marketinq strategiyalarında AI əsaslı alətlərin tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə məlumat analitikası, chatbot və avtomatik cavab sistemləri, hədəfləmə və seqmentləşmədə süni intellektin istifadəsi, konversiya optimallaşdırılması, rəqəmsal kanalların performans ölçülməsi və real biznes nümunələri əsasında AI tətbiqləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...