Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Süni intellekt və rəqəmsallaşma" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Süni intellekt və rəqəmsallaşma" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 7-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən süni intellektin əsas prinsipləri, rəqəmsal transformasiya prosesləri, biznesdə və gündəlik həyatda AI texnologiyalarının tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə real nümunələr üzərində süni intellektin iş proseslərinə inteqrasiyası, rəqəmsal alətlərin istifadəsi, proseslərin optimallaşdırılması və innovativ həllərin tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...