• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat prosesinin mərhələləri və effektiv idarəetmə" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat prosesinin mərhələləri və effektiv idarəetmə" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 26-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən təchizat prosesinin əsas mərhələləri, tələbatın müəyyənləşdirilməsi, təchizatçı seçimi, müqavilə bağlanması, sifariş və çatdırılma nəzarəti, keyfiyyət qiymətləndirilməsi və proseslərin optimallaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə təchizat zəncirində risklərin idarə edilməsi, xərclərin azaldılması, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması, rəqəmsal təchizat alətlərinin tətbiqi və real iş mühitindən praktiki nümunələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...