Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat proseslərinin effektivliyi və xərclərin azaldılması" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat proseslərinin effektivliyi və xərclərin azaldılması" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 20-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən təchizat proseslərinin idarə olunması, resurslardan səmərəli istifadə, satınalma strategiyalarının optimallaşdırılması, logistika və inventar idarəçiliyinin xərclərə təsiri, həmçinin müasir təchizat modelləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə xərclərin azaldılması üsulları, keyfiyyət və səmərəlilik balansının qorunması, rəqəmsallaşma və avtomatlaşdırmanın tətbiqi, tədarükçü münasibətlərinin effektiv idarə edilməsi və uzunmüddətli təchizat strategiyalarının qurulması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...