• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirində rəqəmsallaşma məsələləri" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirində rəqəmsallaşma məsələləri" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 16-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən təchizat zəncirinin rəqəmsal transformasiyası, avtomatlaşdırılmış idarəetmə sistemlərinin rolu, məlumat axınının optimallaşdırılması, süni intellekt və analitik texnologiyaların tətbiqi və müasir rəqəmsal trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə rəqəmsal platformalar üzərindən logistika proseslərinin idarə olunması, blokçeyn texnologiyasının tətbiqi, məlumat təhlükəsizliyinin təmin edilməsi, rəqəmsallaşmanın səmərəliliyə və xərclərə təsiri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...