Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizatda daşınma və müştəriyə çatdırılma məsələlərinin həlli" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizatda daşınma və müştəriyə çatdırılma məsələlərinin həlli" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 20-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən daşınma proseslərinin idarə olunması, logistika sistemlərinin optimallaşdırılması, çatdırılma zəncirinin mərhələləri, müştəri məmnuniyyətinin təmin olunması və müasir nəqliyyat texnologiyalarının tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə çatdırılma xərclərinin azaldılması üsulları, düzgün marşrut planlaması, ehtiyat və vaxt idarəçiliyi, daşınma zamanı risklərin azaldılması və logistika proseslərində rəqəmsal həllərin rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...