Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizatda innovasiyalar" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizatda innovasiyalar" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 28-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən təchizat proseslərində yenilikçi texnologiyaların tətbiqi, rəqəmsal transformasiya, avtomatlaşdırma sistemlərinin rolu, süni intellekt və analitik alətlərin təchizat səmərəliliyinə təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə innovativ təchizat modelləri, davamlı inkişaf yanaşmaları, ekoloji və iqtisadi baxımdan səmərəli təchizat üsulları, tədarükçülərlə strateji əməkdaşlıq və rəqabət üstünlüyü yaratma yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...