Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tələbə uyğun məhsul/xidmət (Best Product)" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tələbə uyğun məhsul/xidmət (Best Product)" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 23-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən bazar tələbinə uyğun məhsul və xidmətlərin formalaşdırılması, istehlakçı ehtiyaclarının araşdırılması, tələb və təklif balansının qurulması, məhsulun rəqabət üstünlüyünün müəyyənləşdirilməsi və innovativ yanaşmaların tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə bazar seqmentasiyası, hədəf auditoriyanın seçilməsi, müştəri dəyərlərinin öyrənilməsi, məhsulun mövqeləndirilməsi və tələbyönümlü marketinq strategiyalarının hazırlanması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...