Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tənqidi düşünmə" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tənqidi düşünmə" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 19-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən tənqidi düşüncənin mahiyyəti, faktların və məlumatların təhlili, məntiqi nəticələrin çıxarılması, qərarvermə prosesində obyektivlik və problemlərə analitik yanaşma üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə fikir yürütmə bacarıqlarının inkişafı, yanlış mühakimələrin qarşısının alınması, yaradıcı təfəkkürün gücləndirilməsi, situasiya analizləri və real nümunələr üzərində praktiki məşğələlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...