• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri

Xəbərlər

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Uğurlu satış necə təşkil edilməlidir" mövzusunda maarifləndirici təlim keçirilib

Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Uğurlu satış necə təşkil edilməlidir" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 24-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən satış prosesinin düzgün qurulması, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, dəyər təklifinin hazırlanması, satış huni mərhələlərinin idarə olunması və satışın artırılması üçün effektiv kommunikasiya üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə etirazlarla işləmə bacarıqları, satışda psixoloji yanaşmalar, müştəri ilə etimad münasibətlərinin qurulması, təqdimat və danışıqlar texnikaları, satış sonrası xidmətin əhəmiyyəti və real nümunələr əsasında praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...