Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xidmət sektorunda PESTEL analizin rolu" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xidmət sektorunda PESTEL analizin rolu" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 30-da təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən PESTEL analizinin mahiyyəti, siyasi, iqtisadi, sosial, texnoloji, ekoloji və hüquqi amillərin xidmət sektoruna təsiri, strateji planlaşdırmada PESTEL-in rolu və müasir biznes yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə xidmət sahəsində bazar mühitinin təhlili, xarici amillərin biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsi, risklərin azaldılması, yeni imkanların müəyyənləşdirilməsi və rəqabət üstünlüyünün əldə olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...