Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl startup nümunələri" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl startup nümunələri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 28-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən yaşıl iqtisadiyyatın prinsipləri, ekoloji yönümlü startup modelləri, resursların səmərəli istifadəsinə əsaslanan innovativ biznes yanaşmaları, karbon izinin azaldılmasına xidmət edən həllər və ekoloji dayanıqlığı gücləndirən texnologiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə dünyada və ölkədə yaşıl startup nümunələri, ekoloji problemləri həll edən biznes ideyalarının formalaşdırılması, yaşıl layihələrin maliyyələşmə imkanları, dövri iqtisadiyyatın tətbiqi və real uğur hekayələri üzərində praktiki təhlillər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...