Xəbərlər
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yeni iqtisadi reallıqda Naxçıvanda sosial biznes ideyaları" mövzusunda maarifləndirici təlim keçirilib
Naxçıvan KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yeni iqtisadi reallıqda Naxçıvanda sosial biznes ideyaları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 12-də təşkil olunan təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən sosial biznesin mahiyyəti, yeni iqtisadi reallıqların region biznes mühitinə təsiri, Naxçıvanda sosial təşəbbüslər üçün mövcud imkanlar, sosial dəyər yaratma prinsipləri və dayanıqlı biznes modelləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə ictimai ehtiyacların araşdırılması, sosial layihə ideyalarının formalaşdırılması, sosial sahibkarlıq üçün resursların səfərbər olunması, icma yönümlü biznes modelləri və uğurlu nümunələrdən çıxarılan dərslər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...