Xəbərlər
Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "Bazara təklif olunan yeni məhsulların satışının təşkili” mövzusunda növbəti təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 23-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "Bazara təklif olunan yeni məhsulların satışının təşkili” mövzusunda növbəti təlim keçirilib. 10 iştirakçının qatıldığı təlimdə Naxçıvan KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara məhsulun bazar mövqeyinin müəyyən edilməsi, rəqib məhsulların və bazar dinamikasının analizi, ənənəvi və rəqəmsal satış kanallarının qiymətləndirilməsi barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...