Xəbərlər
Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "İnsan resurslarının layihə idarəetməsində rolu" mövzusunda növbəti təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Sentyabrın 12-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "İnsan resurslarının layihə idarəetməsində rolu" mövzusunda növbəti təlim keçirilib. 8 iştirakçının qatıldığı təlimdə Naxçıvan KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara insan resurslarının layihə idarəetmə prosesində rolu, HR və layihə meneceri arasında əməkdaşlıq, layihə üçün insan resurslarının seçimi və planlaşdırılması barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...