Xəbərlər
Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "Risklərin idarəedilməsi” mövzusunda növbəti təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 30-da Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "Risklərin idarəedilməsi” mövzusunda növbəti təlim keçirilib. 10 iştirakçının qatıldığı təlimdə Naxçıvan KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara risklərin idarə edilməsinin nə olduğu və əhəmiyyəti, risklər və onların təsirinin anlayışı, risk idarə etməsinin təməl prinsipləri və quruluşu, risklərin idarə edilməsinin təşkilatdakı yeri və rolu. barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...