Xəbərlər
Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "Stressin idarə edilməsi" mövzusunda növbəti təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 16-da Naxçıvan KOBİM-in təşkilatçılığı ilə "Stressin idarə edilməsi" mövzusunda növbəti təlim keçirilib. 10 iştirakçının qatıldığı təlimdə Naxçıvan KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara stressin anlayışı və növləri, stressin təsiri: fiziki və emosional, stressin səbəbləri barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Naxçıvan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...