Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Biznesdə Ünsiyyət Qaydaları" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 25-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Ramal Məmişov tərəfindən " Biznesdə Ünsiyyət Qaydaları " adlı təlim keçirilib. 11 nəfər KOB subyektinin iştirak etdiyi təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən kiçik və orta sahibkarlara səmərəli ünsiyyət praktikalarının inkişaf etdirilməsində köməklik göstərilmiş, biznes münasibətlərində əldə edəcəyi düzgün kommunikasiya vərdişləri aşılanmışdır . Təlimdə sahibkarlıq subyektlərinin qurduğu bizneslərdə daxili və xarici tərəfdaşlarla effektiv ünsiyyət praktikalarına geniş yer ayrılmışdır . Daxili kommunikasiya faktorları, ünsiyyətə mane olan amillər və bu maneələrin aradan qaldırılması yolları göstərilmişdir . Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb . Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib .
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...