Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Daxili audit" adlı təlimi keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 20-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Taleh Həsənzadə tərəfindən " Daxili audit " adlı təlim keçirilib. 24 nəfər KOB subyektinin iştirak etdiyi təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən maliyyə hesabatlarının hazırlayıb, təqdim etmək bacarığı , mühasibat sahəsində yazıların tərtibi və təqdim edilməsi və onların beynəlxalq standartlara uyğunlaşdırılması üzrə bir sıra məlumatlar verilib . Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib .
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...