• İş saatları 09:00 - 18:00
    İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Naxçıvan, Azərbaycan
    Naxçıvan, Azərbaycan

    Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 15

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Dövlət Satınalmaları" təlimi keçirilib .

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 25-də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Seymur tərəfindən " Dövlət Satınalmaları " adlı təlim keçirilib. 10 nəfər KOB subyektinin iştirak etdiyi təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklər ; Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi ; Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib . Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar təlim, məsləhət və şəbəkələşmədə dəstək xidmətləri üçün Naxçıvan KOBİM - ə müraciət edə bilərlər, xidmətlər ödənişsiz həyata keçirilir.

Naxçıvan KOBİM tərəfindən  "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Xəbərlər

Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.

Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...