Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "İnsan Resursları " adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 20 - də Naxçıvan KOBİM-in təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlar üçün Zəhra Bağırova tərəfindən " İnsan Resursları " adlı təlim keçirilib. 23 nəfər KOB subyektinin iştirak etdiyi təlimdə Naxçıvan KOBİM-in eksperti tərəfindən İnsan resurslarının təşkilatlanması; İnsan resurslarının planlanması ; İşə qəbul və seçim mərhələləri ; Adaptasiya sisteminin qurulması ; Xidməti fəaliyyətin (performansın) idarə edilməsi ; Təlim və inkişaf sisteminin qurulması haqqında ətraflı məlumat verilib . Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda həmçinin iştirakçıların hər birinə təlimdə iştirak etdiyi üçün sertifikat da təqdim edilib .
.jpeg)
Xəbərlər
Naxçıvan KOBİM tərəfindən "Vergi qanunvericiliyi" adlı təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Naxçıvan KOBİM tərəfindən “Sahibkarlığın inkişafı” mövzusunda təlim keçirilib.
Naxçıvan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...